02.06.2017

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Belə ki, təhsil müəssisələrində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan konfranslar, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, fləşmob, idman yarışları təşkil edilib. 

Tədbirlərdə uşaqların hüququnun təmin edilməsi ilə bağlı 1 iyun 1950-ci il tarixdə BMT-nin Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınan Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərə geniş məlumat verilib, ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə diqqətin artırılması, uşaqların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ölkəmizdə uşaqlara xüsusi diqqət və qayğı göstərilir. Onların Vətənə layiqli övlad kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şəraiti yaradır.

Şagirdlər Azərbaycan və dünya xalqlarının mahnı və rəqslərini ifa edib, ədəbi-bədii kompozisiyalar göstəriblər. 


Açar sözlər: ,