Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün  qeyd edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Azərbaycan Respublikası təhsil nazirinin “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün qeyd edilməsi barədə”  09.02.2016-cı il tarixli 66 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası təhsil nazirinin “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün qeyd edilməsi barədə” 09.02.2016-cı il tarixli 66 nömrəli əmri icra üçün qəbul edilsin.

2. Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün qeyd edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

3.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş tədbirlərin yüksək səviyyədə keçirilməsini təmin etsin.

4.Tədbirlər Planına müvafiq olaraq  ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində 2016-cı ilin fevral ayı ərzində Xocalı soyqırımına həsr olunmuş geniş tədbirlər həyata keçirilsin.

5.Təhsil müəssisələrinin rəhbərləri əmrin icrası ilə əlaqədar görülmüş işlər barədə hesabatları 29 fevral  2016-cı il tarixədək  Təhsil İdarəsinə təqdim etsinlər.

6.Ümumi sektor (S.Rəsulova) əmrin və Tədbirlər Planının çoxaldılıb  yerlərə  çatdırılmasını təmin etsin.

7.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) əmrin və Tədbirlər Planının icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet  saytında yerləşdirilməsini  təmin etsin. 

8.Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin.

 

Əsas: Azərbaycan  Respublikası  təhsil  nazirinin  09.02.2016-cı il tarixli 66 nömrəli əmri

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

15 fevral 2016-cı il

 №78 

 


 

Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsi barədəBakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı