“Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri 

 “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Təhsil nazirinin 07 aprel 2016-cı il tarixli 191 nömrəli  əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Təhsil nazirinin 07 aprel 2016-cı il tarixli 191 nömrəli  əmri icra üçün qəbul edilsin.

2. “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

3. Ümumtəhsil və məktəbdənkənar  təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və görülmüş işlər barədə hesabatları 20 noyabr 2016-cı il tarixədək Bakı Şəhəri  üzrə Təhsil İdarəsinə təhvil versinlər.

4. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov), Ümumtəhsil sektoru (A.Yusifov) yubileylə bağlı tədbirlərin yüksək səviyyədə  keçirilməsini təmin etsinlər.

5. Ümumi sektor (S.Rəsulova) əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə çatdırılmasını  təmin etsin.

6. İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) yubileylə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət müdir müavini M.Kəsəmənliyə həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 07 aprel 2016-cı il tarixli 191 nömrəli  əmri.

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri

3 may  2016-cı il

№170

 


 

  “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin Tədbirlər planı