“Xocalı soyqırımının iyirmi altıncı ildönümünün  keçirilməsi barədə” Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin əmri

Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma vətənə sevgi, məhəbbət hisslərini  aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün  keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Tədbirlər planına müvafiq olaraq  ümumtəhsil məktəblərində və uşaq – gənclər inkişaf mərkəzlərində 2018-ci ilin fevral ayı ərzində Xocalı soyqırımı  ilə bağlı  geniş tədbirlər həyata keçirilsin.

3. Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər planının icrasını təmin etsinlər və mütəmadi olaraq görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat versinlər.

4. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) Xocalı soyqırımının iyirmi altıncı  ildönümü ilə  əlaqədar  tədbirlərin yüksək səviyyədə təşkilini  həyata keçirsin  və  görülmüş işlər haqqında  ümumiləşdirilmiş  hesabatı  01 mart  2018-ci il  tarixədək  rəhbərliyə təqdim  etsin.

5.Ümumi sektor (S.Rəsulova) əmrin və Tədbirlər planının çoxaldılıb  yerlərə  çatdırılmasını təmin etsin.

6. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər planının icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet  saytında yerləşdirilməsini  təmin etsin. 

7.Əmrin icrasına nəzarət müdir müavini N. Səfərovaya həvalə edilsin.

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət planı.  

 

Rəşad Tağıyev                                            

                              Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdir

səlahiyyətlərini müvəqqəti icra edən, müdir  müavini

2 fevral 2018-ci il

№F55


 “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” Tədbirlər Planı