““Azərbaycan Xalq Cümhuriyyəti ili” milli özünüdərkin gerçəkləşməsi üçün zəmindir” adlı “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə” 16.02.2018 – ci il tarixli  F-84 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər planının  6-cı bəndinin icrasını təmin etmək, Şərqdə ilk demokratik respublika qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, vətənpərvərlik hisslərini daha da artırmaq, nitq mədəniyyətlərini formalaşdırmaq və bədii qiraət sahəsində isdedadlı şagirdləri müəyyənləşdirmək məqsədi ilə

 

ƏMR EDİRƏM:

 

1. Bakı şəhərinin ümumtəhsil məktəblərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında 2018-ci ilin mart-aprel aylarında ““Azərbaycan Xalq Cümhuriyyəti ili” milli özünüdərkin  gerçəkləşməsi üçün zəmindir” adlı  “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsi  keçirilsin.

2.  Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq  müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

4. Müsabiqənin rayonlar üzrə keçirilməsinə cavabdehlik aşağıdakı müəssisə rəhbərlərinə   tapşırılsın.

Yasamal, Sabunçu və  Pirallahı rayonları –Gülarə Quluzadə (4 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)

Nərimanov, Xətai və Suraxanı   rayonları – Könül Mustafayeva  (5 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)

Binəqədi və Nəsimi  rayonları- Ziyat Nəbiyev (6 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)   

Qaradağ və  Səbail rayonları - Elvira Mirzəyeva (7 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru) 

Nizami və Xəzər rayonları - Təranə Aslanova (8 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru) 

5. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov), Ümumi təhsil sektoru (L.Şərəfxanova) və  Təlimə Dəstək Mərkəzi  (S.Bektaşi)  müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsinlər və nəticələri barədə 30 aprel  2018-ci il tarixdə rəhbərliyə məlumat versinlər.

6. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqə qaliblərinin mükafatlandırılması ilə əlaqədar məsələləri həll etsin.

7. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) əmrin icrasından irəli gələn təchizat məsələlərinin  həll olunmasını təmin etsin.

8. İctimaiyyətlə əlaqələr  sektoru (B.Məmmədov) əmrin və  müsabiqənin təşkili və keçirilməsi ilə əlaqədar məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılmasını və İdarənin internet  saytında yerləşdirilməsini  təmin etsin. 

9. Ümumi sektor (S.Rəsulova) əmrin  əlavələrlə birlikdə çoxaldılıb yerlərə  çatdırılmasını təmin etsin.

10. Əmrin icrasına nəzarət  müdir müavini N. Səfərovaya həvalə edilsin.

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə” 16.02.2018 – ci il tarixli  F-84 nömrəli əmri.                  

                                   Məhəbbət Vəliyeva,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

14  mart  2018-ci il

  № F-134


 

““Azərbaycan Xalq Cümhuriyyəti ili” milli özünüdərkin gerçəkləşməsi üçün zəmindir” adlı “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin keçirilməsi barədə Əsasnamə