“Gənc bioloqların yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Bakı şəhər məktəblilərinin biologiya elminə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədi ilə

 

ƏMR EDİRƏM:

 

1. Bakı şəhəri ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin  IX - XI  sinif şagirdləri arasında “Gənc bioloqların yaradıcılıq müsabiqəsi”  2018-ci  ilin aprel-may  aylarında keçirilsin.

2.  Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

4. Müsabiqənin rayonlar üzrə keçirilməsinə cavabdehlik aşağıdakı müəssisə rəhbərlərinə   tapşırılsın.

Yasamal, Sabunçu və  Pirallahı rayonları –Gülarə Quluzadə (4 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)

Nərimanov, Xətai və Suraxanı   rayonları – Könül Mustafayeva  (5 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)

Binəqədi və Nəsimi  rayonları- Ziyat Nəbiyev (6 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)                         

Qaradağ və  Səbail rayonları - Elvira Mirzəyeva (7 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru) 

Nizami və Xəzər rayonları - Təranə Aslanova (8 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru) 

5. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsin.

6. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqə qaliblərinin mükafatlandırılması ilə əlaqədar məsələləri həll etsin.

7. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) əmrin icrasından irəli gələn təchizat məsələlərinin  həll olunmasını təmin etsin.

8. Ümumi sektor (S.Rəsulova) əmrin  əlavələrlə birlikdə çoxaldılıb yerlərə  çatdırılmasını təmin etsin.

9. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet  saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını

təmin etsin. 

10. Əmrin icrasına nəzarət müdir müavini N.Səfərovaya  həvalə edilsin.

 

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  Fəaliyyət planı.

 

 

 

  Məhəbbət Vəliyeva,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

14  mart  2018-ci il

  № F-132


 

“Gənc bioloqların  yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə Əsasnamə