Onlayn rəsm müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, 2016-cı ildə baş vermiş “Aprel döyüşləri”ndə şəhid olan vətənpərvər oğullarımızın xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq va gənclərin diqqətini cəlb etmək, habelə şagirdlərin bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin  15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (bundan sonra – İdarə) tabeliyində olan ümumtəhsil  məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında 2016-cı ildə baş vermiş “Aprel döyüşləri”ndə şəhid olmuş qəhrəman əsgərlərin xatirəsinə həsr edilmiş “Böyük zəfərin başlanğıcı!” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilsin.

2. Müsabiqə 2020-ci ilin aprel ayı ərzində həyata keçirilsin.

2.  Müsabiqənin  əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3.Ümumtəhsil sektoru (F.Babayev), təqdim olunan əsasnaməyə uyğun olaraq müsabiqənin  təşkili ilə əlaqədar işləri təmin etsin.

4.Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

5. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet saytında  yerləşdirilməsini  və müsabiqənin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin. .

6.Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə  birlikdə çoxaldılıb aidiyyəti struktur bölmələrə çatdırılmasını təmin etsin.

7.Əmrin icrasına nəzarət müdir müavini İ. Abdullayevaya həvalə edilsin.

Əsas:  Bakı Şəhəri  üzrə  Təhsil  İdarəsinin  2020-cu il  üçün Fəaliyyət  planı 


 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

20 aprel 2020-ci il

                                                                                        № F-107


 

Onlayn rəsm müsabiqəsinin keçirilməsi barədə Əsasnamə