Məktəblilərin “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş  “Azərbaycan folkloru” xalq yaradıcılığı festivalının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar 2015 – ci il üçün Fəaliyyət Planı”na uyğun olaraq məktəbliləri xalqımızın milli – mənəvi irsi ilə  yaxından tanış etmək, onları Azərbaycan folkloruna, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə etmək, xüsusi istedada malik olan uşaqları (gəncləri) üzə çıxarmaq və onların yaradıcılıq potensialının inkişaf etdirilməsinə dəstək vermək məqsədilə

 

ƏMR EDİRƏM:

1.Məktəblilərin “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə  həsr olunmuş  “Azərbaycan folkloru” xalq yaradıcılığı festivalı  2015-ci ilin noyabr - dekabr aylarında keçirilsin.

2.Festivalın əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin(əlavə olunur).

3.Bakı şəhər rayonları üzrə Festivalın təşkili və keçirilməsi ilə əlaqədar zəruri hazırlıq işlərinin görülməsi, müvafiq sənədlərin  vaxtında şəhər təşkilat komitəsinə təqdim edilməsi aşağıda adları qeyd olunan məktəbdənkənar  təhsil müəssisələrinin  rəhbərlərinə  tapşırılsın:

Pirallahı rayonu       - Bəşirova Sevda (29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktoru).

Qaradağ rayonu      - Mirzəyeva Elvira  (33 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktoru).

Nərimanov rayonu  - Təhməzova Fatma  (21 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktoru).

Səbail rayonu          - Allahverdiyev Nazim (20 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktoru).

Nəsimi rayonu         - Əbilhəsənova Sevinc (25 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktoru).

Xəzər rayonu           - Həmdullayeva İlhamə (28 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktoru).

Nizami rayonu  - Mustafayeva Könül (Yeniyetmələrin 22 nömrəli Yaradıcılıq  Mərkəzinin direktoru).

 

Sabunçu rayonu - Həsənova Sevil (30 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktor əvəzi), Şükürova Bikəxanım (31 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktoru).

Binəqədi rayonu    - Nəbiyev Ziyat (26 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin direktoru), Şükürov Hacı        - (27 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktoru).

Suraxanı rayonu - Quliyeva Zərif (32 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktoru), Nəbiyev  Firudin  (48 nömrəli Tərbiyə İşi Mərkəzinin direktor əvəzi)

Xətai rayonu -Hüseynova Könül (Yeniyetmələrin 23 nömrəli Uşaq Yaradıcılıq  Mərkəzinin direktoru).

Yasamal rayonu - Quluzadə Gülarə (24 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin direktoru).

 4. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) Festivalın şəhər mərhələsinin yüksək səviyyədə keçirilməsini təmin etsin.

5.Festival qaliblərinin mükafatlandırılması ilə əlaqədar lazımi tədbirlərin görülməsi müdir müavini N.Səfərovaya tapşırılsın

6.Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

            7.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

8.Əmrin icrasına nəzarət müdir müavini M.Kəsəmənliyə həvalə edilsin.

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar 2015 – ci il üçün Fəaliyyət Planı”.                                                 

 

 

                   Nazir müavini,

           Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

                   müdir səlahiyyətlərini müvəqqəti icra edən:

 Ceyhun Bayramov

25.11.2015