Azərbaycan Respublikasının təhsil nazirinin “Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində VI siniflərdə şagird nailiyyətlərinin qiymətləndirilməsi barədə” əmrinin icrası məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Təhsilin keyfiyyəti barədə məlumat əldə etmək, müqayisəli təhlil aparmaq və çatışmazlıqların müəyyənləşdirilməsi istiqamətində “Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində VI siniflərdə şagird nailiyyətlərinin qiymətləndirilməsi barədə” Azərbaycan Respublikasının Təhsil nazirinin 31 may 2016-cı il tarixli 361 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. “Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində VI siniflərdə şagird nailiyyətlərinin qiymətləndirilməsi barədə” Azərbaycan Respublikasının Təhsil nazirinin 31 may 2016-cı il tarixli 361 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. İnkişaf layihələri sektoru (L.Şərərfxanova), İnformasiya təminatı sektoru (İ.Abdullayeva), Təminat və təchizat sektoru (Ş.İsgəndərov):

2.1. Qiymətləndirmənin mərkəzləşdirilmiş qaydada keçirilməsi məqsədilə  mərkəz məktəblər və imtahan rəhbərlərinin müəyyənləşdirilməsini təmin etsinlər;

2.2. İmtahanın şəffaf və təhlükəsiz şəraitdə keçirilməsi məqsədilə məktəblərdə lazımi şəraitin yaradılmasını və müvafiq sayda nəzarətçi müəllimlərin qiymətləndirmə prosesinə cəlb edilməsini təmin etsinlər;

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları:

3.1. Rəhbərlik etdikləri məktəblərin pedaqoji kollektivinin, şagird və valideynlərinin qiymətləndirmənin mahiyyəti, mərkəzləşmiş qaydada keçirilməsi ilə bağlı planlaşdırılan bütün təşkilatı tədbirlər barəsində  məlumatlandırılmasını təmin etsinlər;

3.2. VI siniflərdə hər iki bölmə üzrə təhsil alan bütün şagirdlərin dəqiq siyahılarını hazırlayaraq BŞTİ-yə təqdim etsinlər;

3.3. Qiymətləndirmənin keçirilməsi məqsədilə müəyyən edilmiş mərkəz məktəblərin direktorları  və imtahan rəhbərləri müvafiq təlimatlara əsasən lazımi tədbirləri həyata keçirsinlər;

4. İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) əmrin BŞTİ-nin internet səhifəsində işıqlandırılmasını təmin etsin.  

5. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikasının Təhsil nazirinin 31 may 2016-cı il tarixli 361 nömrəli əmri

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

2 iyun  2016-cı il

                                                                                        №191-1