“Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası”nın təşkili və keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri 

Şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama və nitq kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq, məntiqi biliklərinin artırılmasına təkan vermək təhsilin müasir məzmunu baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Ümumtəhsil müəssisələrinin V-VI sinif şagirdlərinin müxtəlif müsabiqə və bilik yarışlarına cəlbi səviyyəsini daha da yaxşılaşdırmaq, bu yaş qrupuna daxil olan şagirdlərin beynəlxalq və ölkədaxili olimpiada, müsabiqə, yarışlarda iştirak təcrübəsini artırmaq, istedadlı və elmə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq iş aparılmasına zəmin yaradılmasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Bakı şəhəri ümumi təhsil müəssisələrinin V-VI sinif şagirdləri arasında  2017-ci ilin 01 aprel - 06 may tarixlərində “Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası” keçirilsin.

2. Olimpiadanın keçirilmə qaydaları, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Bu sahədə uğurlu təcrübəsini nəzərə alaraq İstək liseyi ilə qarşılıqlı razılaşmaya əsasən “II Məntiq olimpiadası”nın keçirilməsi ilə əlaqədar bütün təşkilati və digər tədbirlər İstək liseyi ilə birlikdə həyata keçirilsin.

4. Təhsil müəssisələrinin rəhbərləri olimpiadanın keçirilmə qaydalarının tələblərinə uyğun olaraq olimpiadanın yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

5. Ümumi təhsil sektoru (L.Şərəfxanova) və İnkişaf layihələri sektoru (A.Qədiməliyev) olimpiadanın yüksək səviyyədə keçirilməsini təmin etsinlər.

6. Müdir müavini (N.Səfərova) olimpiadanın keçirilməsindən irəli gələn maliyyə məsələlərini həll etsin.

7. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

8. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) layihənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

9. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi-informasiya vasitələri tərəfindən işıqlandırılmasını, İdarənin internet saytında yerləşdirilməsini təmin etsin;

10. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: İnkişaf layihələri sektorunun 2017-ci il üçün Fəaliyyət planı.

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

3 mart  2017-ci il

                                                                                        №85

 


 

“Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası”nın2016-2017-ci tədris ili üçün keçirilmə qaydaları