Tədbirlərin təşkili

 

Müxtəlif istiqamətli tədbirlərin təşkili uşaq, yeniyetmə və gənclərin meyil, maraq və bacarıqlarını, intellektual səviyyələrini, yaradıcılıq qabiliyyətlərini  inkişaf etdirir, onların fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şərait yaradır, istirahətlərinin, asudə vaxtlarının mənalı təşkilini təmin edir.

Məzmun istiqamətindən asılı olaraq təhsil müəssisələrində yaradıcılıq, yaxud idman sahəsində, əlamətdar və ya tarixi günlərlə bağlı mədəni-kütləvi tədbirlər, idman yarışları, müsabiqələr, sərgilər, festivallar, bayram şənlikləri, ekskursiyalar, spartakiada kimi zəruri tədbirlər həyata keçirilir. Həmçinin bu kimi fəaliyyətlərdə aktiv iştirak edən, fərqlənən şagirdlərin respublika və beynəlxalq səviyyəli tədbirlərdə, layihə və müsabiqələrdə iştirakı təmin edilir.

Burada əsas məqsəd uşaq və gənclərdə ilkin özünütəsdiq və özünəinam formalaşdırmaq, onların sağlam insan və layiqli vətəndaş kimi yetişməsinə şərait yaratmaq, istedadlarını erkən yaşlardan aşkar etməkdən ibarətdir.