Müsabiqələr

 

“Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatının rəhbəri, kitabxana müdiri, kitabxanaçı və laborant vəzifələrinə işə qəbul mərkəzləşdirilmiş müsabiqə yolu ilə, kompüter proqramı tətbiq olunmaqla həyata keçirilir.

Qeyd olunan vəzifələrə işə qəbul üzrə müsabiqə şəffaflıq və obyektivlik prinsipləri təmin edilərək mərkəzləşdirilmiş qaydada, üç mərhələdən ibarət olmaqla (elektron müraciətlərin qəbulu, test imtahanı və müsahibə), təşkil edilir.

Müsabiqələrin keçirilmə vaxtı, şərtləri və qaydaları barədə ictimaiyyətə öncədən məlumat verilir.

Müvafiq vəzifələrə dair tələblərlə tanış olmaq istəyən şəxslər https://musabiqe.baku.edu.az/ saytına daxil olaraq zəruri məlumatları əldə edə bilərlər.