09.12.2016

Psixoloq, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə

Dekabrın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrində çalışmaq istəyən şəxslər üçün müsabiqə keçirilib. 

Bakıdakı 42 nömrəli tam orta məktəbdə keçirilən müsabiqəyə qatılan şəxslər 30 sualdan ibarət test tapşırığını 45 dəqiqə ərzində cavablandırıblar.

İşə qəbulun daha səmərəli və şəffaf həyata keçirilməsi, ümumi təhsil müəssisələrinin yüksək səviyyəli kadrlarla təmin edilməsinə nail olmaq məqsədilə təşkil olunan müsabiqədə iştirak üçün 530-dan çox müraciət daxil olub.

Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, məktəblərdə vakant olan müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, istehsalat təlimi ustaları, praktik psiхоlоqlar, sоsiоlоq-pedaqоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, mühəndis-teхniki, tədris-köməkçi işçilər, laborantlar, kitabxana müdiri və kitabхanaçıların işə qəbulu, eləcə də yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Qeyd edək ki, psixoloq vəzifəsi üzrə əmək funksiyalarının məzmunu və məsuliyyəti, bununla əlaqədar kadrların hazırlıq səviyyəsinə qoyulan tələbin daha yüksək olması ilə əlaqədar həmin vəzifə üzrə  müsabiqədə iştirak edərək test imtahanı mərhələsində yüksək nəticə göstərən namizədlərin müsahibə əsasında seçilməsi nəzərdə tutulub.


Açar sözlər: