Hüquq sektorunun fəaliyyət istiqamətləri

 

İdarənin fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsi;

İdarənin hüquq və qanuni maraqlarının məhkəmə və məhkəmədənkənar müdafiə edilməsi;

Hüquqi məsələlərlə bağlı müxtəlif dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə BŞTİ-nin təmsil edilməsi;

İdarənin strukturuna daxil olan qurumların əsasnamələrinin və struktura daxil olmayan tabeliyindəki müəssisələrin nizamnamələrinin, digər təsis sənədlərinin layihələrini, habelə mövcud təsis sənədlərinə dəyişikliklərin layihələrini yoxlamaq, rəy vermək, qeyd olunan sənədlərin təsdiq olunması və dövlət qeydiyyatına alınması üçün tədbirlər görmək;

İdarənin strukturuna daxil olan qurumlar və tabeliyindəki müəssisələrdə qanunçuluğa riayət olunmasının, hüquqi təminat işlərinin vəziyyətini təhlil etmək, bu işlərin təkmilləşdirilməsinə və səmərəli təşkil edilməsinə dair təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək;

İdarə daxilində hazırlanmış aktların hüquqi ekspertizasını həyata keçirmək və tələb olunan hallarda bununla bağlı rəy vermək;

Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı İdarə daxilində hazırlanmış hüquqi sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və rəy vermək;

İdarənin bağladığı müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək, daxil olmuş müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və bununla bağlı rəy vermək;

İdarənin fəаliyyəti ilə əlаqədаr qanunvericiliкdə bаş vеrən dəyişikliklərə dair struкtura daxil olan qurumların və tabelikdəki müəssisələrin müraciəti olduqda məlumatlandırıcı izahedici arayışlar vermək və s.