Əhmədov Teymur Qoşqar oğlu

Hüquq sektorunun müdiri

 

Əhmədov Teymur Qoşqar oğlu 20 mart 1981-ci ildə anadan olub. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr və 2002-2004-cü illərdə isə magistr dərəcələri üzrə ali hüquq təhsili alıb. 2005-2007-ci illərdə “De Lege” MMC-də hüquq məsləhətçisi işləyib. 2007-2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub. 2010-2015-ci illərdə müxtəlif özəl şirkətlərin hüquqşünası və vəkil qismində fəaliyyət göstərib. 2015-2016-cı illərdə “AtaBank” Açıq Səhmdar Cəmiyyətində Daxili Hüquqi Nəzarət şöbəsinin rəisi olub.

Azərbaycan Respublikası təhsil nazirinin 2016-cı il 19 sentyabr tarixli əmri ilə Hüquq sektorunun müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.