Əmrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.08.2019-cu il tarixli, F-531 nömrəli əmrində 2019-2020-ci dərs ili ərzində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli, F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və bir sıra digər əlavə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin yuxarıda qeyd olunan əmrinin icrasını təmin etmək məqsədilə, “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq  

 

ƏMR EDİRƏM:

 

1.Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) 30 avqust 2019-cu il tarixli, F-531 nömrəli əmri rəhbərlik və icra üçün qəbul olunsun.

2. Əmrin icrası ilə bağlı Nazirliyin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrində, “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli, F-18 nömrəli əmrində, 13 may 2019-cu il tarixli, F-260 nömrəli əmrində və 30 avqust 2019-cu il tarixli, F-531 nömrəli əmrində müəyyən edilmiş tədbirləri əhatə edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumiləşdirilmiş vahid Tədbirlər Planı (bundan sonra - Tədbirlər Planı) təsdiq edilsin (Əlavə 1).

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (bundan sonra – İdarə) aidiyyəti struktur bölmə rəhbərləri Tədbirlər Planından irəli gələn tədbirlərin vaxtında və tam şəkildə icrasını, habelə bununla bağlı bu əmrlə müəyyən edilmiş müddətlərdə hesabatların təqdim edilməsini təmin etsinlər.

4. İdarənin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:

4.1. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin İdarənin aidiyyəti struktur qurumları ilə əlaqəli şəkildə müəyyən edilmiş müddətlərdə icrası üçün zəruri tədbirlər görsünlər;

4.2. 16 sentyabr 2019-cu il tarixədək Nazirliyin 30 avqust 2019-cu il tarixli, F-531 nömrəli əmrinin məqsəd və mahiyyətinin pedaqoji şura iclaslarında pedaqoji kollektivlərə çatdırılmasını təmin etsinlər;

4.3. 2019-2020-ci dərs ilinin ilk məşğələsinin ibtidai siniflər üzrə “İdman və sağlamlıq”, V-IX siniflər üzrə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflər üzrə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunmasını və müvafiq mövzular üzrə tədris ilinin ilk dərs məşğələlərinin səmərəli keçirilməsi üçün zəruri təşkilati işlərin vaxtında yerinə yetirilməsini, habelə bu dərslərdə ictimaiyyət nümayəndələrinin, müharibə iştirakçılarının, əmək veteranlarının və sabiq məzunların iştirakını təmin etsinlər.

5. Ümumi sektor (S.Rəsulova) və Ümumi təhsil sektoru (S.Bektaşi) Tədbirlər Planının icrası ilə bağlı 2019-cu ilin dekabr ayının 1-dək və 2020-ci ilin may ayının 1-dək hesabatların yerlərdən yığılmasını və Nazirliyə göndərilməsi üçün ümumiləşdirilməsini təmin etsinlər.

6. Ümumi sektor (S.Rəsulova) 30 avqust 2019-cu il tarixli, F-531 nömrəli əmrininin, bu əmrin və Tədbirlər Planının surətlərinin çoxaldılaraq İdarənin struktur bölmələrinə və tabelikdə olan ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin internet portalında yerləşdirilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarət İdarənin müdir müavini İ.Abdullayevaya həvalə edilsin.

 

 

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

6 sentyabr 2019-cu il

                                                                                        № F-318

 


               

                Tədbirlər Planı