Məktəbəhazırlıq qrupları ilə bağlı məlumat

 

 

Məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi ümumtəhsil müəssisələri
 

Məktəbəhazırlıq qrupların fəaliyyət göstərdiyi ümumtəhsil müəssisələrinin tam siyahısı

 


 

Məktəbəhazırlıq qruplarının məqsədi
 

• 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq;

• Əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq;

• Ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək.

• Məktəbəhazırlıq təhsili ibtidai təhsilə keçidi asanlaşdırır və uşağın ibtidai təhsilə adaptasiya olunmasına müsbət təsir edir.

 


 

Məktəbəhazırlığın uşaqların zehni inkişafına təsiri
 

• Məktəbəhazırlıq təhsilinə cəlb olunmuş uşaqlar cəlb olunmayanlarla müqayisədə daha yüksək akademik göstəricilər əldə edir.

• Təhsil İnstitutunun araşdırmasına əsasən, məktəbəhazırlığı keçən uşaqlar digərləri ilə müqayisədə Ana dili və riyaziyyat imtahanlarında daha yaxşı nəticə göstərirlər.

• Məktəbəhazırlıq təhsili uşaqların əqli, fiziki, sosial-emosional və nitq qabiliyyətini, eləcə də kommunikativ, oyun və digər bacarıqlarını inkişaf etdirir.

 


 

Uşaqların yaş həddi
 

• Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.

 


 

Məktəbəhazırlıq qruplarında təhsil ödənişsizdir
 

• Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir.

• Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilib.

 


 

Məşğələlərin müddəti
 

• Həftədə 4 gün olmaqla, 12 məşğələ;

• Bir gün ərzində 3 məşğələ;

• Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə

• Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

 


 

Keçirilən məşğələlər
 

1. Ətraf aləmlə tanışlıq

2. Savad təliminə hazırlıq və nitq inkişafı

3. Bədii təfəkkürün inkişafı

4. Məntiqi və riyazi təfəkkürün inkişafı

5. Təsviri fəaliyyət

6. Musiqi

7. Fiziki mədəniyyət

 


 

Ev tapşırığı
 

• Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.

 


 

Qiymətləndirmə
 

• Uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir.

• Məktəbəhazırlıq qruplarında davamiyyət müvafiq sinif jurnalında qeyd edilir.

 


 

Dərs ilinin müddəti

• Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlanır və mayın 31-də başa çatır.

• I yarımil: 1 oktyabr-26 yanvar;

• II yarımil: 1 fevral-31 may.

 


 

Məktəbəhazırlıq qrupları üçün tətillər
 

• 5 gün payız tətili (16-20 noyabr);

• 5 gün qış tətili (27-31 yanvar);

• 5 gün əlavə tətil (1-5 may).

 


 

Müəllimlər
 

• Diaqnostik qiymətləndirmədə yüksək bal toplamış, səriştəli, əsasən 4-cü sinifdə tədris aparan müəllimlər seçilir. Bu da növbəti tədris ilində birinci sinfə gedəcək şagirdlərin adaptasiya olunması üçün körpü rolunu oynayır.

• Məktəbəhazırlıq qruplarında işləyən müəllimlər öyrədici təlimlərə cəlb olunurlar.

 


 

Uşaqların say həddi
 

1. Qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;

2. Şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq;

3. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

 


 

Məktəbli forması
 

• Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması tətbiq edilmir.

 


 

Məktəbəhazırlıq qruplarına getməyən uşaqlar üçün  məhdudiyyət 
 

• Məktəbəhazırlıq qruplarına getməyən uşaqların I sinfə qəbuluna heç bir məhdudiyyət qoyulmur.

 


 

Sənəd qəbulu
 

• Rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır.

• Bakı şəhərində məktəbəhazırlıq qruplarına sənəd qəbulu isə mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçirilir. Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu 01.08.2017-ci il tarixdən 18.09.2017-ci il tarixədək həyata keçirilir. Məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçdikdən sonra lazımı sənədlərlə birlikdə 15.08.2017-ci il tarixdən 30.09.2017-ci il tarixədək məktəbə müraciət etmək lazımdır.

 


 

Tələb olunan sənədlər
 

1. Uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; Xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda));

2. Uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U);

3. 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;

4. Məktəb direktorunun adına ərizə; Yalnız Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində valideynin (digər qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”

 


 

İnternat məktəblərində təhsil alan uşaqlar üçün məktəbəhazırlıq qrupları
 

• Ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərində də məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. (Bakı şəhəri 1110 nömrəli internat məktəbləri)

 


 

Məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi şəhər və rayonlar
 

• Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, ancaq müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.

 


 

Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı
 

Məktəbəhazırlığın təşkili “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulduğu kimi mərhələli prosesdir.

• Məktəbəhazırlıq təhsilinin əhatəsi 2016-cı ildə 2016-2017-ci tədris ilində ölkə üzrə 55 faizə çatıb.

• Məktəbəhazırlıq qrupları ölkə üzrə 2.795 dövlət məktəblərində təşkil olunub.

• Məktəbəhazırlıq təhsilinə 4.410 məktəbə hazırlıq qrupuna 86.970 uşaq və iş təcrübəsinə malik müəllim cəlb olunub.

 


 

Sual yarandıqda
 

• Azərbaycan Respublikası Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146);

• Bakı şəhəri üzrə elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə;

Bakı şəhəri üzrə bütün digər hallarla bağlı Apelyasiya Komissiyalarına;

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (012) 599-12-22 nömrəli telefonu (daxili: 6076; 6124) eləcə də info@baku.edu.gov.az elektron poçtuna müraciət etmək olar.

Nərimanov rayonu

1. Məktəb-lisey kompleksi  F. Xoyski küçəsi 78 2. 34 nömrəli tam orta məktəb Ü. Bünyadzadə küçəsi 19 3. 36 nömrəli tam orta məktəb Акademik H. Əliyev küçəsi

Yasamal rayonu

1. 13  nömrəli tam orta məktəb Şərifzadə küçəsi 173 2. 18  nömrəli tam orta məktəb Ş. Qurbanov küçəsi 6/10 3. 20  nömrəli  məktəb-lisey Parlament prospekti

Xəzər rayonu

1. 26  nömrəli tam orta məktəb Buzovna qəsəbəsi, R. İmanov küçəsi 2 2. 33  nömrəli tam orta məktəb Buzovna qəsəbəsi, Koroğlu küçəsi, döngə 5 3. 117  nömrəli tam orta məktəb Binə qəsəbəsi,

Xətai rayonu

1. 17 nömrəli tam orta məktəb Əhmədli qəsəbəsi, Q. Nəbi küçəsi 6a 2. 24 nömrəli tam orta məktəb Köhnə Günəşli, General Mehmandarov 86 3. 25 nömrəli tam orta məktəb Əhmədli qəsəbəsi, N. Rüstəmov

Suraxanı rayonu

1. 65 nömrəli  tam orta məktəb İ.Süleymanov küçəsi 1 2. 76 nömrəli  tam orta məktəb Hövsan qəsəbəsi, Hanbabayev küçəsi 3 3. 79 nömrəli  tam orta məktəb Bülbülə qəsəbəsi, L. Səlimov

Səbail rayonu

1. 7 nömrəli  tam orta məktəb Ü. Hacıbəyov küçəsi 28 2. 49 nömrəli  məktəb-lisey A. Nəsirov küçəsi 5 3. 51 nömrəli  tam orta məktəb O. F. Nemanzadə küçəsi

Sabunçu rayonu

1. 67 nömrəli  tam orta məktəb Sabunçu qəsəbəsi,Nəsib Məlikov küçəsi 7 2. 68 №-li tam orta məktəb Sabunçu qəsəbəsi, Musabəyov küçəsi 31 3. 69 nömrəli  tam orta məktəb Balaxanı qəsəbəsi, Sabir

Qaradağ rayonu

1. 105 nömrəli  tam orta məktəb  Ələt qəsəbəsi, Şıxlar massivi 2. 106 nömrəli  tam orta məktəb Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi 3 3. 110 nömrəli  tam orta məktəb Ələt qəsəbəsi, Q. Əmirov

Pirallahı rayonu

1. 168 nömrəli  tam orta məktəb Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 38 2. 186 nömrəli  tam orta məktəb Pirallahı qəsəbəsi, S. Vurğun küçəsi 5 3. 231 nömrəli  tam orta məktəb Qurban qəsəbəsi, İ.

Nizami rayonu

1. 10 nömrəli  tam orta məktəb İ. Məmmədov küçəsi 9 2. 12 nömrəli  tam orta məktəb Özbəkistan küçəsi 3 3. 32 nömrəli  tam orta məktəb Özbəkistan küçəsi

Nəsimi rayonu

1. 1 nömrəli tam orta məktəb L. Tolstoy küçəsi 187 2. 5 nömrəli tam orta məktəb  4-cü mkr., Cavadxan küçəsi 68a 3.  8 nömrəli tam orta məktəb R. Behbudov küçəsi

Binəqədi rayonu

1. 3 nömrəli tam orta məktəb   Z. Bünyadov küçəsi 73 2. 30 nömrəli tam orta məktəb M. Məmmədxan küçəsi 1 3. 99 nömrəli tam orta məktəb Azadlıq prospekti 193 4. 100 nömrəli tam orta