“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə əməkdaşlıq çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində inklüziv təhsilə cəlb olunması üçün “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi həyata keçirilir.

Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 138, 220, 202 və 255 nömrəli ümumi təhsil məktəblərdə tətbiq olunur.

Layihə çərçivəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. 

Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, mütəmadi olaraq məqsədyönlü işlər görülür, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilir.