Anar Yusif oğlu Qədiməliyev

Keyfiyyətə nəzarət sektorunun müdiri

 

Qədiməliyev Anar Yusif oğlu 31 oktyabr 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində Mühasibat uçotu və Audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdə həmin ixtisas üzrə magistr təhsilini alıb. 2013-2014-cü illərdə Azərbaycan respublikası Xaricdə Təhsil Dövlət Proqramı və ABŞ-ın Fulbright Tələbə Proqramını qazanaraq Florida Universitetində magistr təhsilini davam etdirib.

2005-2013-cü illərdə bank sektorunda müxtəlif vəzifələrdə çalışıb, 2015-ci ildən Təhsil Nazirliyində Dünya Bankının Təhsil sektorunun İnkişafı üzrə II layihəsində milli məsləhətçi kimi xidmət göstərib. 2016-2017-ci illərdə isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda Keyfiyyətə nəzarət və Monitorinq şöbəsinin müdiri vəzifəsində çalışıb.

2017-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası təhsil nazirinin 2018-ci il 1 oktyabr tarixli əmri ilə Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir, iki övladı var.