Məhəbbət Məhərrəm qızı Vəliyeva

 

1968-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji  Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmişdir. 

1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə “XXI əsr Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası  Prezidentinin 2008-ci il 25 sentyabr tarixli 3062 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.

Psixologiya üzrə fəlsəfə doktorudur.

2014-cü il 5 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərmişdir.

Təhsil naziri Mikayıl Cabbarovun 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.