03.07.2014

Qızlar liqalarının qalibləri mükafatlandırılıb

“Azərbaycan Respublikasında Futbolun inkişafına dair Dövlət Proqramının (2005 – 2015 - ci illər)” tələblərinə uyğun olaraq Bakı şəhərinin idman məktəblərində çox mühüm işlər həyata keçirilir. Maraqlıdır ki, artıq futbol nəinki oğlanlar arasında hətta qızlar arasında da geniş yayılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan 9 № - li Uşaq - Gənclər İdman Məktəbinin futbolçu qızlarının uğurları artmaqda davam edir.

Binə stadionunda AFFA-nın təşkil etdiyi qızlar liqalarının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. U - 13 qızlar liqasında 9 №- li Uşaq - Gənclər İdman Məktəbinin (Səbail) komandası II yerin sahibi olub. Komandanın futbolçusu Ayşən Əhmədova liqanın ən yaxşı oyunçusu seçilib.

U - 16 UNICEF qızlar liqasının qalibi adını 9 №- li Uşaq - Gənclər İdman Məktəbinin (Səbail) komandası qazanıb. Komandanın üzvü Roza Quliyeva liqanın ən yaxşı oyunçusu seçilib.

U - 19 liqasında da I yeri 9 №- li Uşaq - Gənclər İdman Məktəbinin (Səbail) komandası tutub.