15.08.2014

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu və nəticələri

Elektron ərizə qəbuluna başlanılır

Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ – nin tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar olaraq 20 iyul 2014 – cü il tarixindən elektron ərizələrin qəbuluna başlanılacaqdır. Elektron ərizələrin qəbulu avqust ayının 20 – dək davam edəcəkdir.

Elektron ərizə qəbulu üçün vətəndaşlar www.bakuedu.az saytında yerləşdiriləcək ərizə formasını doldurmaqla öz uşaqlarını qeydiyyatdan keçirə bilərlər. Qeydiyyat zamanı vətəndaşlar elektron ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin surətini və 3x4 sm ölçüdə 1 ədəd fotoşəklini də əlavə etməlidirlər.

Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir

 

 

XÜSUSİ İSTEDADA MALİK UŞAQLARIN

VAXTINDAN ƏVVƏL I SİNFƏ QƏBULU İLƏ BAĞLI

ELEKTRON MÜRACİƏT FORMASI

 

XÜSUSİ İSTEDADA MALİK UŞAQLARIN

VAXTINDAN ƏVVƏL I SİNFƏ QƏBULUNUN

NƏTİCƏLƏRİ