21.07.2014

“Öyrən, İdarə et, Lider ol”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Sabunçu Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə məktəblilərə “Öyrən, İdarə et, Lider ol” mövzusunda təlim keçiriləcəkdir.
21-25 iyul tarixlərində 252 saylı tam orta məktəb-liseydə keçiriləcək təlimin məqsədi ümumtəhsil müəssisələrində təhsil alan məktəblilərin asudə vaxtının səmərəli keçirilməsi, uşaqların komanda ilə iş bacarığı, özünü ifadə etmə və liderlik keyfiyyətlərinin inkişaf etdirilməsidir.
Qeyd edək ki, məktəblilərin təlim prosesini daha da maraqlı, əyləncəli etmək məqsədilə “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğuna və əyləncə mərkəzinə səyahət təşkil olunacaqdır.
Sonda şagirdlərə sertifikatlar veriləcək, təlimdə fərqlənmiş məktəblilər mükafatlandırılacaqdır.