23.07.2014

“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 17 iyul 2013-cü il tarixli, 739 nömrəli əmrinin icrası barədə əmr

 

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin I siniflərinə qəbulunun həyata keçirilməsi məqsədilə

 

 

 

 

 

 

ƏMR EDİRƏM:

 

1.     Ümumi sektor:

16 sentyabr – 31 dekabr müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin, habelə ümumtəhsil müəssisələrinin təqdimatlarının müvafiq sənədlərlə birlikdə 2014-cü il iyul ayının 20-dən avqustun 20-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində elektron şəkildə qeydiyyata alınmasını, müsahibələrin aparılması qaydalarının və digər aidiyyəti məlumatların www.bakuedu.az saytında yerləşdirməsini təmin etsin.

2.  Xüsusi istedada malik uşaqların vaxtından əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinə qəbulu ilə əlaqədar müsahibələrin aparılması məqsədilə müvafiq komissiyalar yaradılsın (komissiyaların tərkibi əlavə olunur).

3.  Komissiyalar 2014-cü il avqustun 5-dən sentyabrın 10-dək Nəsimi rayonu ərazisindəki 42 nömrəli  tam orta məktəbdə fəaliyyət göstərsin.

4.  42 nömrəli tam orta məktəbin direktoru (Firəngiz Həmidova) komissiyaların səmərəli fəaliyyəti üçün məktəbdə müvafiq şərait yaratsın.

5.   BŞTİ-nin müdir müavini Məmmədəli Kəsəmənli komissiyaların işinin normal təşkili və müsahibələrin obyektiv keçirilməsi işinə nəzarət etsin.

6.   Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 17.07.2013-cü il tarixli, 739 nömrəli əmri.

 

 

                                                      Bakı Şəhəri üzrə

                                                     Təhsil İdarəsinin müdir əvəzi                                                         Elnur Əliyev