23.07.2014

Fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 

 Fərdi təhsil üzrə nümunəvi tədris

 planının təsdiqi barədə

Uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1 və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

 

 

ə m r  e d i r ə m:

 

1.Uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2014-2015-ci dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilsin (əlavə olunur).

2.İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə göndərilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

3.Əmrin icrasına  nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.

 

                                                                          

 

Mikayıl Cabbarov