12.09.2014

Səyyar qəbullar keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin qəbulunu keçiriləcəkdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.

Məktəblərdə səyyar qəbullar keçirilərək müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə öyrəniləcək, problemli məsələlər həll ediləcək və lazımi təşkilatı və maarifləndirmə tədbirləri görüləcəkdir.

Qeyd edək ki, görüşlərin yeri və vaxtı barədə öncədən ictimaiyyətə məlumat veriləcəkdir.