13.09.2014

Açıqlama

Kütləvi informasiya vəsitələrində dərc olunmuş materiallar üzrə aparılmış xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri 171 nömrəli tam orta məktəbin direktoru Murquzova İradə Məmmədəli qızı “Təhsil haqqında” Azərbaycan Respublikas Qanuna, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnamısi”nə və təhsilin idarə olunması üzrə digər normativ hüquqi sənədlərə zidd olaraq məktəbdə müxtəlif banklar, güzəştli kreditlər, faiz dərəcələri və s. barədə təbliğat aparılmasına şərait yaratmışdır.

Eyni zamanda o, qulluq mövqeyindən sui-istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsində musiqi müəlllimi işləyən Kifayət Rzayevanın adına “Bank of Baku”dan 4000 (dörd min) manat kredit götürmüş, həmin kreditin vaxtlı-vaxtında qaytarılmasına vəd vermiş, lakin məsuliyyətsizlik edərək ödəniş aparmamış, nəticədə K.Rzayevaya qarşı məhkəmədə iddia qaldırılmış, bununla da müəllimin adına və nüfuzuna, eləcə də təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirmişdir.

Murquzova İradə Məmmədəli qızı işində buraxdığı nöqsanlar nəticəsində təhsil müəssisəsinin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə fuksiyaların yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 10 sentyabr 2014-cü il tarixindən ləğv edilmişdir.