02.10.2014

Xəzər və Nizami rayonlarında səyyar qəbullar keçirilib

     Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

     Qeyd edək ki, növbəti səyyar qəbullar bu gün Xəzər və Nizami rayonlarında keçirilmişdir. Xəzər rayonu üzrə 117 №li məktəbdə keçirilən səyyar qəbulda 117, 121,136,149, 218, 326 №li məktəblərin müəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

     Nizami rayonu üzrə 145 №li məktəbdə keçirilən səyyar qəbula isə 32, 145, 214, 229, 238 № li məktəblərin  müəllim və valideynləri  müraciət etmişlər.

     Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Xəzər rayonu üzrə ümumilikdə 19 müraciət, Nizami rayonu üzrə isə 21 müraciət qəbul edilmişdir.

     Əsas müraciətlər məktəblərin təmir edilməsi, yeni korpusların tikilməsi, məktəblərdə müəllim çatışmazlığı, məktəblərin əyani vəsaitlər və laboratoriya ilə təmin edilməsi, ekskursiyalar zamanı avtobusların təşkili və dərsdən qalan şagirdlər üçün qayıb limitinin olmaması ilə bağlı olmuşdur.Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.