17.10.2014

Səbail və Suraxanı rayonlarında səyyar qəbullar keçirilib

     Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

     Qeyd edək ki, növbəti səyyar qəbullar bu gün Səbail və Suraxanı  rayonlarında keçirilmişdir. Səbail rayonu üzrə 51 №li məktəbdə keçirilən səyyar qəbulda 2, 7, 50, 51, 162, 219 №li məktəblərin, 9 №-li Uşaq-Gənclər İdman  Məktəbi, 20 №-li Uşaq Yaradıcılıq Mərkəzi və 35 №-li Texniki Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

     Suraxanı rayonu üzrə 226 №li məktəbdə keçirilən səyyar qəbula isə Bülbülə qəsəbəsində yerləşən 79, 87, 140, 208, 226, 232, 327 №li məktəblərin, Əmircan qəsəbəsində yerləşən 84, 85, 97, 114, 154 №li məktəblərin, 18 №-li  Uşaq-Gənclər  İdman  Məktəbinin, 48 №-li  Tərbiyə  işi  Mərkəzinin, Yeni Suraxanı qəsəbəsində yerləşən 89, 101, 316 №li məktəblərin müəllim və valideynləri müraciət etmişlər.

     Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Səbail rayonu üzrə ümumilikdə 9  müraciət, Suraxanı rayonu üzrə isə 6 müraciət qəbul edilmişdir.

     Əsas müraciətlər məktəblərin təmir edilməsi, müəllimlərin yerdəyişməsi, məktəblərdə idman zalı və akt zallarının müasir avadanlıqlarla təchiz olunması, şagirdlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün məktəbdənkənar təhsil müəssisələrinin nümayəndələrinin ümumtəhsil məktəblərində təlim keçirilmələrinə əlverişli şəraitin yaradılması ilə bağlı olmuşdur. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.