20.10.2014

225 nömrəli məktəblə bağlı açıqlama

     Oktyabrın 19-u axşam saatlarında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb.

     Bununla əlaqədar olaraq, bu gün təhsil müəssisəsində tədris müvəqqəti dayandırılıb.

     Dünən məktəb rəhbərliyi tərəfindən  müəllim və şagirdlər bununla bağlı məlumatlandırılıb.

     Hazırda məktəbdə Təhsil Nazirliyinin nümayəndələri və müvafiq ekspertlər araşdırma aparır.

     Gün ərzində tədrisin bərpa olunması vəziyyəti  ilə bağlı əlavə məlumat veriləcəkdir.