23.10.2014

Bu həftəki səyyar qəbulların yeri və tarixi

     Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

     Qeyd edək ki, növbəti səyyar qəbullar oktyabrın 25 - də Binəqədi və Xəzər rayonlarında keçiriləcək. Xəzər rayonu üzrə 185 №li məktəbdə keçiriləcək səyyar qəbula Qala qəsəbəsində yerləşən 92, 185, 216, 323, Türkan  qəsəbəsində yerləşən 119, 262, 256 №li məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

     Binəqədi rayonu üzrə 276 №li məktəbdə keçiriləcək səyyar qəbula isə Dərnəgül massivində yerləşən 3, 102, 276, VII mikrorayonda yerləşən 126, 244, VIII mikrorayonda yerləşən 83, 135, 248, 283 №li məktəblərin, 3 №-li  Uşaq-Gənclər  Şahmat  İdman  Məktəbinin, 27 №-li  Uşaq  Yaradıcılıq  Mərkəzinin, 14 №-li  Uşaq-Gənclər  Şahmat  İdman  Məktəbinin müəllim və valideynləri müraciət edə bilərlər.

     Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

     Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.