27.10.2014

Binəqədi və Xəzər rayonlarında səyyar qəbullar keçirilib

      Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

      Qeyd edək ki, növbəti səyyar qəbullar Binəqədi və Xəzər rayonlarında keçirilmişdir. Xəzər rayonu üzrə 185 №li məktəbdə keçirilən səyyar qəbulda Qala qəsəbəsində yerləşən 92, 185, 216, 323, Türkan qəsəbəsində yerləşən 119, 262, 256 №li məktəblərin müəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

      Binəqədi rayonu üzrə 276 №li məktəbdə keçirilən səyyar qəbula isə Dərnəgül massivində yerləşən 3, 102, 276, VII mikrorayonda yerləşən 126, 244, VIII mikrorayonda yerləşən 83, 135, 248, 283 №li məktəblərin, 3 №-li  Uşaq-Gənclər  Şahmat  İdman  Məktəbinin, 27 №-li  Uşaq  Yaradıcılıq  Mərkəzinin, 14 №-li  Uşaq-Gənclər  Şahmat  İdman  Məktəbinin müəllim və valideynləri müraciət etmişlər.

      Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Xəzər rayonu üzrə 15 müraciət, Binəqədi rayonu üzrə isə 4 müraciət qəbul edilmişdir.

      Əsas müraciətlər məktəblərin təmir edilməsi, istilik sistemi, müəllimlərin yerdəyişməsi, şagirdlərin musiqiyə olan marağını daha da artırmaq üçün məktəblərdə müəyyən dərnəklərin təşkil edilməsi ilə bağlı olmuşdur. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.