29.10.2014

Bu həftəki səyyar qəbulların yeri və tarixi

      Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

      Qeyd edək ki, növbəti səyyar qəbullar noyabrın 1 - də Sabunçu və Qaradağ rayonlarında keçiriləcək. Sabunçu rayonu üzrə 71 №li məktəbdə keçiriləcək səyyar qəbula Zabrat qəsəbəsində yerləşən 71, 75, 81, 192, 307, Balaxanı qəsəbəsində yerləşən 4, 69, 259, Ramana qəsəbəsində yerləşən 22, 78, 137, 198 №li məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

      Qaradağ rayonu üzrə 106 №li məktəbdə keçiriləcək səyyar qəbula isə Lökbatan qəsəbəsində yerləşən 106, 139, 166, 233, 288, Buta qəsəbəsində yerləşən 184, Korgöz qəsəbəsində yerləşən 197, Qızıldaş qəsəbəsində yerləşən 180 №li məktəblərin, 33 № li Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

      Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

     Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.