03.11.2014

Qaradağ və Sabunçu rayonlarında səyyar qəbullar keçirilib

      Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

       Qeyd edək ki, növbəti səyyar qəbullar Qaradağ və Sabunçu rayonlarında keçirilmişdir. Qaradağ rayonu üzrə 106 №li məktəbdə keçirilən səyyar qəbulda Lökbatan qəsəbəsində yerləşən 106, 139, 166, 233, 288, Buta qəsəbəsində yerləşən 184, Korgöz qəsəbəsində yerləşən 197, Qızıldaş qəsəbəsində yerləşən 180 №li məktəblərin, 33 № li Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

      Sabunçu rayonu üzrə 71 №li məktəbdə keçirilən səyyar qəbula isə Zabrat qəsəbəsində yerləşən 71, 75, 81, 192, 307, Balaxanı qəsəbəsində yerləşən 4, 69, 259, Ramana qəsəbəsində yerləşən 22, 78, 137, 198 №li məktəblərin müəllim və valideynləri müraciət etmişlər.

      Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Qaradağ rayonu üzrə 4 müraciət, Sabunçu rayonu üzrə isə 14 müraciət qəbul edilmişdir.

       Əsas müraciətlər məktəblərin təmir edilməsi, əlavə korpusların tikilməsi, məktəb yaxınlığında şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə işıqforun qoyulması, istilik sistemi, müəllimlərin yerdəyişməsi, məktəblərdə idman zalı və akt zallarının müasir avadanlıqlarla təchiz olunması ilə bağlı olmuşdur. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.