04.11.2014

Qızıl payız

Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə xüsusi qabilliyyətə və istedada malik şagirdlərin meyvə və tərəvəzlərdən hazırlanmış əl işlərindən ibarət “Qızıl payız” adlı sərgi təşkil olunmuşdur.

Sərginin əsas məqsədi şagirdlərdə əqli inkişafı yüksəltmək, məktəblilər arasında yaradıcı tədbirlərə həvəs artırmaq və estetik tərbiyəni aşılanmaqdan ibarətdir.

Sərgini 5 nömrəli məktəbin direktoru - Gündüzlü Nərminə açıq elan etmiş, yaradıcı sərgilərin təşkil olunmasının məktəblilərin mədəni və estetik inkişafını təmin etdiyini, onların yaradıcılıq qabiliyyətlərini stimullaşdırdığını qeyd etmişdir.

Məktəblilərin əl işlərindən ibarət sərgidə müəllimlərlə yanaşı valideynlər də iştirak etmişdir.

Sərgi məktəb kollektivinin, valideynlərin və sərgiyə qonaq gələn Binəqədi rayon 266nömrəli bagçanın uşaqlarının  da böyük marağına səbəb olmuşdur.