12.11.2014

Bu həftəki səyyar qəbulların yeri və tarixi

     Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

     Qeyd edək ki, növbəti səyyar qəbullar noyabrın 14 - də Sabunçu və Xətai rayonlarında keçiriləcək. Sabunçu rayonu üzrə 187 №li məktəbdə keçiriləcək səyyar qəbula Maştağa qəsəbəsində yerləşən 108, 128, 187, 209, 255, 293, Bilgəh qəsəbəsində yerləşən 142, Nardaran qəsəbəsində yerləşən 130, 295, Pirşağı qəsəbəsində yerləşən 112, 113, 188,  296, 305 № li məktəblərin və 31 №-li Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

     Xətai rayonu üzrə 191 №li məktəbdə keçiriləcək səyyar qəbula isə 48, 63, 86, 98, 116, 191, 221, 245, 249, 254, 257, 269 №li məktəblərin, 15 №-li Uşaq Gənclər İdman Məktəbi, Yeniyetmələrin 22 №-li Yaradıcılıq Mərkəzi, Yeniyetmələrin 23 №-li Uşaq Yaradıcılıq  Mərkəzinin  müəllim və valideynləri müraciət edə bilərlər.

     Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

     Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.