17.11.2014

Xətai və Sabunçu rayonlarında səyyar qəbullar keçirilib

      Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

      Qeyd edək ki, növbəti səyyar qəbullar Xətai və Sabunçu rayonlarında keçirilmişdir. Xətai rayonu üzrə 191 №li məktəbdə keçirilən səyyar qəbulda 48, 63, 86, 98, 116, 191, 221, 245, 249, 254, 257, 269 №li məktəblərin, 15 №-li Uşaq Gənclər İdman Məktəbi, Yeniyetmələrin 22 №-li Yaradıcılıq Mərkəzi, Yeniyetmələrin 23 №-li Uşaq Yaradıcılıq Mərkəzininmüəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

      Sabunçu rayonu üzrə 187 №li məktəbdə keçirilən səyyar qəbula isə Maştağa qəsəbəsində yerləşən 108, 128, 187, 209, 255, 293, Bilgəh qəsəbəsində yerləşən 142, Nardaran qəsəbəsində yerləşən 130, 295, Pirşağı qəsəbəsində yerləşən 112, 113, 188,  296, 305 № li məktəblərin və 31 №-li Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət etmişlər.

      Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Xətai rayonu üzrə 6 müraciət, Sabunçu rayonu üzrə isə 20 müraciət qəbul edilmişdir.

      Əsas müraciətlər məktəblərin təmir edilməsi, əlavə korpusların tikilməsi, istilik sistemi, məktəblərin birnövbəli sistemə keçməsi, müəllimlərin işə qəbulu, psixologiya dərslərinin keçirilməsi, laboratoriyaların müasir avadanlıqlarla təchizi və stadionların bərpası ilə bağlı olmuşdur. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.