19.11.2014

Bu həftəki səyyar qəbulların yeri və tarixi

      Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

      Qeyd edək ki, növbəti səyyar qəbullar noyabrın 21 - də Nəsimi və Qaradağ rayonlarında keçiriləcək. Nəsimi rayonu üzrə 164 №li məktəbdə keçiriləcək səyyar qəbula 28, 35, 42, 151, 164 №li məktəblər, THL, 1 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Şahmat Dama İdman  Məktəbi, 12 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, 34 №-li Texniki Yaradıcılıq Mərkəzi, 37 №-li  Texniki Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

      Qaradağ rayonu üzrə 110 №li məktəbdə keçiriləcək səyyar qəbula isəƏlət qəsəbəsində yerləşən 105, 110, 127, 302, 303 №-li, Qobustan qəsəbəsində yerləşən 195, 223, 321 № li, Umbakı qəsəbəsində yerləşən 224 №-li məktəb, Ümid qəsəbəsində yerləşən 294 №-li məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

      Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

      Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.