21.11.2014

Nəsimi və Qaradağ rayonlarında səyyar qəbullar keçirilib

      Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

      Qeyd edək ki, növbəti səyyar qəbullar Nəsimi və Qaradağ rayonlarında keçirilmişdir. Nəsimi rayonu üzrə 164 №li məktəbdə keçirilən səyyar qəbulda 28, 35, 42, 151, 164 №li məktəblər, THL, 1 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Şahmat Dama İdman  Məktəbi, 12 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, 34 №-li Texniki Yaradıcılıq Mərkəzi, 37 №-li Texniki Yaradıcılıq Mərkəzininmüəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

      Qaradağ rayonu üzrə 110 №li məktəbdə keçirilən səyyar qəbula isə Ələt qəsəbəsində yerləşən 105, 110, 127, 302, 303, Qobustan qəsəbəsində yerləşən 195, 223, 321, Umbakı qəsəbəsində yerləşən 224, Ümid qəsəbəsində yerləşən 294 №-li məktəblərin müəllim və valideynləri müraciət etmişlər.

     Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Nəsimi rayonu üzrə 27 müraciət, Qaradağ rayonu üzrə isə 17 müraciət qəbul edilmişdir.

      Əsas müraciətlər məktəblərin təmir edilməsi, əlavə korpusların tikilməsi, istilik sistemi, mühafizə sistemi və tibbi xidmətlə bağlı olmuşdur. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.