01.12.2014

Nəsimi və Xətai rayonlarında səyyar qəbullar keçirilib

       Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

       Qeyd edək ki, növbəti səyyar qəbullar Nəsimi və Xətai rayonlarında keçirilmişdir. Nəsimi rayonu üzrə 9 №li məktəbdə keçirilən səyyar qəbulda 5 - 292, 9, 14, 19, 247, 266 №li məktəblərin müəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

       Xətai rayonu üzrə 171 №li məktəbdə keçirilən səyyar qəbula isə 24, 171, 191, 204, 260, 263, 264 və 265 №-li məktəblərin müəllim və valideynləri müraciət etmişlər.

       Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Nəsimi rayonu üzrə 6 müraciət, Xətai rayonu üzrə isə 20 müraciət qəbul edilmişdir.

       Əsas müraciətlər məktəblərin təmir edilməsi, əlavə korpusların tikilməsi, istilik sisteminin və məktəblərin həyətində aparılan abadlıq işlərinin daha da yaxşılaşdırılması ilə bağlı olmuşdur. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.