15.12.2014

Binəqədi və Xəzər rayonlarında səyyar qəbullar keçirilib

      Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

       Qeyd edək ki, növbəti səyyar qəbullar Binəqədi və Xəzər rayonlarında keçirilmişdir. Binəqədi rayonu üzrə 284 №li məktəbdə keçirilən səyyar qəbulda Biləcəri qəsəbəsində yerləşən 284, 297, 298, 299, Sulutəpə qəsəbəsində yerləşən 217, Xocahəsən qəsəbəsində yerləşən 103, 28 May qəsəbəsində yerləşən 306 №li məktəblərin, 26 №-li Uşaq və Gənlərin Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

      Xəzər rayonu üzrə 183 №li məktəbdə keçirilən səyyar qəbula isə  Mərdəkan qəsəbəsində yerləşən 123, 181, 183, 3 saylı sanatoriya Gindes,Şüvəlan qəsəbəsində yerləşən 156, 237,Şağan qəsəbəsində yerləşən 124,Şimal DRES qəsəbəsində yerləşən 230 №li məktəblərin, 16 №-li Uşaq-Gənclər İdman  Məktəbinin, 28 №-li UşaqYaradıcılıq Mərkəzinin, 38 №-li Texniki Yaradıcılıq Mərkəzinin, 43 №-li Şagirdlərin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin məktəblərin müəllim və valideynləri müraciət etmişlər.

      Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Binəqədi rayonu üzrə 15 müraciət, Xəzər rayonu üzrə isə 19 müraciət qəbul edilmişdir.

      Əsas müraciətlər məktəblərin təmir edilməsi, əlavə korpusların tikilməsi, istilik sistemi, mühafizə sistemi, məktəblərin birnövbəli sistemə keçməsi, idman zallarının müasir avadanlıqlarla təchiz olunması ilə bağlı olmuşdur. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.