06.01.2015

Bu həftəki səyyar qəbulların yeri və tarixi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki, növbəti səyyar qəbullar yanvarın 9 – u Yasamal, yanvarın 10 – u Suraxanı və Nizami rayonlarında keçiriləcək. Yasamal rayonu üzrə 158 №li məktəbdə keçiriləcək səyyar qəbula 13, 21, 167, 158 №-li  məktəblərin və  24 №-li  Uşaq  və Gənclərin Yaradıcılıq  Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

Suraxanı rayonu üzrə 281 №li məktəbdə keçiriləcək səyyar qəbula Dədə Qorqud qəsəbəsində yerləşən 315 №liməktəb və Hövsan qəsəbəsində yerləşən 76, 118, 196, 270, 280, 281 №-li məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

Nizami rayonu üzrə 201 №li məktəbdə keçiriləcək səyyar qəbula isə Keşlə qəsəbəsində yerləşən 12, 201, 227, 312, 328  №-li məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.