12.01.2015

Cüdo üzrə beynəlxalq turnir keçirilib

Bakı şəhər 11 № - li Uşaq – Gənclər İdman Məktəbinin idmançılarının əldə etdikləri nailiyyətlər günbəgün artmaqdadır.

19 – 23 dekabr 2014 – cü il tarixlərində Türkiyənin Adana şəhərində cüdo üzrə beynəlxalq turnir keçirilmişdir. Turnirdə Türkiyə, Gürcüstan, Özbəkistan və Azərbaycanı təmsil edən idmançılar iştirak etmişdir. İdmançılar 12 çəki dərəcəsi üzrə mübarizə aparmışdırlar.Beynəlxalq turnir 8 - 16 yaş qrupları üzrə təşkil olunmuşdur. Qeyd edək ki, yarışda Bakı şəhər 11 № - li Uşaq – Gənclər İdman Məktəbini yeddi idmançı təmsil edib. Onlardan Bayramlı Rəhim Eldar oğlu 50 kq – lıq, Abdullayev Orxan Ceyhun oğlu 66 kq – lıq çəki üzrə I yerə, Bayramlı Əli Nazim oğlu 66 kq – lıq, Məcidli Orxan Arif oğlu 55 kq – lıq çəki üzrə II yerə və Süleymanlı Subhi Anar oğlu 38 kq – lıq çəki üzrə III yerə layiq görülmüşdür.