13.01.2015

Nizami rayonunda səyyar qəbul keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir. 

Qeyd edək ki, növbəti səyyar qəbul Nizami rayonunda keçirilmişdir. Nizami rayonu üzrə 201 №li məktəbdə keçirilən səyyar qəbulda Keşlə qəsəbəsində yerləşən 12, 201, 227, 312, 328 №-li məktəblərin müəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

Səyyar qəbul saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Nizami rayonu üzrə 25 müraciət qəbul edilmişdir.

Əsas müraciətlər mühafizə sistemi, kitabxananın yeni kitablarla təmin olunması, birinci sinfə qəbul, kursların açılması, istilik sistemi, məktəblərin təmir edilməsi, akt zalı ilə təmin olunma, işlə təmin olunma ilə bağlı olmuşdur. 

Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.