15.01.2015

Bu həftəki səyyar qəbulların yeri və tarixi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir. 

Qeyd edək ki, növbəti səyyar qəbullar yanvarın 16 –sıYasamalvə Suraxanırayonları, yanvarın 17– siXəzərrayonundakeçiriləcək.

Yasamal rayonu üzrə 158 №li məktəbdə keçiriləcək səyyar qəbula 13, 21, 167, 158 №-li məktəblərin və 24 №-li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər. 


Suraxanı rayonu üzrə 318 №li məktəbdə keçiriləcək səyyar qəbula Günəşli qəsəbəsində yerləşən 275, 278, 279, 282, 285, 290 №-li məktəblər, 45 №-li Şagirdlərin  Ekoloji Tərbiyə və  Təcrübəçilik  Mərkəzi və 32 №-li  Uşaq  Yaradıcılıq  Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.


Xəzər rayonu üzrə 322 №li məktəbdə keçiriləcək səyyar qəbula isə Buzovna qəsəbəsində yerləşən 26, 33, 125, 206, 234, 32, 2 №-li məktəblər və  Y.Gindes adına Uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyasının müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.