19.01.2015

Yasamal, Suraxanı və Xəzər rayonlarında səyyar qəbullar keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki, növbəti səyyar qəbullar Yasamal, Suraxanı və Xəzər rayonlarında keçirilmişdir.

Yasamal rayonu üzrə 158 №li məktəbdə keçirilən səyyar qəbulda 13, 21, 167, 158 №-li məktəblərin və 24 №-li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

Suraxanı rayonu üzrə 318 №li məktəbdə keçirilən səyyar qəbulda Günəşli qəsəbəsində yerləşən 275, 278, 279, 282, 285, 290 №-li məktəblər, 45 №-li Şagirdlərin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və 32 №-li Uşaq Yaradıcılıq Mərkəzininmüəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

Xəzər rayonu üzrə 322 №li məktəbdə keçirilən səyyar qəbulda isə Buzovna qəsəbəsində yerləşən 26, 33, 125, 206, 234, 32, 2 №-li məktəblər və Y.Gindes adına Uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyasının müəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Yasamal rayonu üzrə  22 müraciət, Suraxanı rayonu üzrə 8 müraciət, Xəzər rayonu üzrə isə 10 müraciət qəbul edilmişdir.

Əsas müraciətlər məktəblərin təmir edilməsi, əlavə korpusların tikilməsi, mühafizə sisteminin gücləndirilməsi, birinci sinfə qəbul, məktəblərin birnövbəli sistemə keçməsi, məktəb yeməkxanalarının və akt zallarının müasir avadanlıqlarla təchiz olunması ilə bağlı olmuşdur.

Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.