10.02.2015

Nəsimi və Nizami rayonlarında səyyar qəbullar keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki,növbəti səyyar qəbullar fevralın 6 – da Nəsimi və Nizami rayonlarında keçirilmişdir. Nəsimi rayonu üzrə 240 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda 54, 111, 159, 211 və 240 nömrəli məktəblər və Texniki Humanitar Liseyin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.

Nizami rayonu üzrə 220 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda isə 61, 62, 210, 220, 250, 251 nömrəli məktəblərin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.

Səyyar qəbullar saat 10:00-da (Nizami rayonu), 10:30-da (Nəsimi rayonu) başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Nəsimi rayonu üzrə 7 müraciət, Nizami rayonu üzrə isə 17 müraciət dinlənilmişdir.

Əsas müraciətlər məktəblərin təmir edilməsi, istilik sistemi, bufetlərdə isti yeməklərin verilməsi, akt zalı, idman zallarının müasir avadanlıqlarla təchiz olunması, yeni korpusların tikilməsi ilə bağlı olmuşdur.Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.