10.02.2015

Paşa Qəlbinurla görüş

Fevralın 5-i Yasamal rayonundakı 31 nömrəli tam orta məktəbdə "Şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması" ilə bağlı tədbirlər planına əsasən əməkdar elm xadimi, şair Paşa Qəlbinurla görüş keçirilib.

Tədbirdə ilk öncə Paşa Qəlbinurun həyat və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verilib.Şagirdlərdən Azadə və Şövkət İslamovalar, Sinan Ələsgərov, Namiq Nurəliyev, İlahə Pircanova,Vaqif İsmayılzadə, Flora Qurbanova, Mircavid Ağazadə şairin şeirlərini söyləyiblər.

Daha sonra tədbirdə Paşa Qəlbinur çıxış edərək şagirdlərə bildirdi ki, şəxsiyyət olaraq insanın formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, vətəndaşlıq tərbiyəsində mütaliənin rolu böyükdür.

Tədbirdə şairin şeirləri öz ifasında dinlənilib, şagirdləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.

Sonda məktəbin direktoru Kərim Abidi çıxış edib, məktəbin dəvətini qəbul edərək şagirdlərlə görüşə gələn şairə öz təşəkkürünü bildirib. Tədbirdə fəal iştirak edən şagirdlər şairin kitabları ilə mükafatlandırılıb.