17.02.2015

Səbail rayonunda səyyar qəbul keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

 Qeyd edək ki, növbəti səyyar qəbul fevralın  13 – ü Səbail  rayonunda keçirilmişdir. Səbail rayonu üzrə 160 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda 2, 7, 49, 50, 51, 87 (axşam – qiyabi), 91, 160, 162, 163, 189 - 190, 203, 219, 236, 239, 329 nömrəli məktəblər və 2 nömrəli Uşaq Gənclər Şahmat İdman Məktəbi, 9 nömrəli Uşaq Gənclər İdman Məktəbi, 20 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi və 35 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.        

 Səyyar qəbul saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Səbail rayonu üzrə 17 müraciət dinlənilmişdir.

 Əsas müraciətlər birinci sinfə qəbul sistemi və məktəblərin təmir edilməsi ilə bağlı olmuşdur.Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.