27.02.2015

Tarix unutmayacaq

"Bütövlükdə Azərbaycan xalqına qarşı
yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz
qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni
zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."

Heydər Əliyev

 

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər.

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində misli görünməmiş Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.

 

Bu faciəli, agrılı-acılı tarix məktəblərimizdə yad edilir. Qan yaddaşımız gələcək nəsillərə ötürülür. Xocalı soyqırımından 23 il keçir.

***

207 nömrəli məktəbdə Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib. Bu gün ilk növbədə məktəbin 8-ci  sinif şagirdi Xəlilov Ceyhun məktəbdaxili radio ilə Xocalı Soyqırımı barədə məlumat vermiş və şəhidlərin ruhu bütün məktəb kollektivi və şagirdləri tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir.

Bu günün yad edilməsi, qanlı tariximizin yad edilməsi və şagirdlərimizə bu tarixin aşılanması üçün mərasim keçirildi. Mərasim poeziya dərnəyinin rəhbəri Sevinc Əliyeva, xor dərnəyinin rəhbəri Sevinc Qədirova, Tərbiyə işləri üzrə təşkilatçı rəhbər Sədaqət İsmayılova tərəfindən təşkil olunmuşdur.

Tədbirdə çıxış edənlər Xocalı faciəsinin baş verdiyi tarixi şərait, onun fəsadları, erməni quldurlarının qəddarlığı, Sovet ordusunun ermənilərə yardımı və dünya birliyinin bu faciəyə biganəliyi haqqında geniş söz açmışlar. Məktəbin şagirdləri tərəfindən Xocalı faciəsinin acı həqiqətlərini canlandıran bukletlər hazırlanmışdır.

Tədbir  “Xocalıya ədalət” ədəbi - bədii kompozisiyası ilə başa çatmışdır. 

 

****

237 nömrəli məktəbdə də Xocalı faciəsinin yad edilməsi ilə bağlı bir sıra tədbirlər keçirilmişdir.

Belə ki, həftənin başlanğıcında Xocalı soyqırımı ilə əlaqədar foto-stendlər, divar qəzetləri hazırlanmış, soyqırıma həsr olunmuş dərslər keçirilmiş, dərslərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Eyni zamanda, siniflərdə Xocalı soyqırımını əks etdirən sənədli və bədii filmlərin nümayişi təşkil edilmişdir.

Həftə ərzində sənədli filmlərlə yanaşı şagirdlərə və məktəb kollektivinə Xoca filmi  nümayiş etdirilmiş, qruplar şəklində Xocalı soyqırımı qurbanlarının xatirə abidəsinə ziyarət təşkil edilmişdir.

Bundan əlavə məktəbdə Xocalı soyqırımına həsr olunmuş  rəsm və inşa müsabiqəsi keçirilmiş, soyqırımla əlaqədar ədəbi-bədii kompozisiyalar da hazırlanmışdır.

 

***

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.

 Xocalı faciəsini bir daha yad etmək, onun mahiyyətinin şagirdlərə anlatmaq məqsədilə Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə  bu  faciənin 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilmişdir.

 Belə ki, məktəbin bütün şagird pillələri üzrə onların yaş həddinə uyğun bir neçə  “Xocalı faciəsi qətliamdır!”, ”İrəli”, ”Unudulmaz şəhid ömrü” adlı ədəbi bədii kompazisiyalar təşkil edilmişdir.

Həftə ərzində məktəbdə şagirdlərin əl işlərindən ibarət “Xocalı adlı bir yurd vardır” adlı maket sərgi nümayiş etdirilmişdir.

Məktəbin Uşaq Parlamenti və Şagird Akademiyası da bu tədbirlərdən kənarda qalmamış və “Xocalı qan yaddaşımızdir!” adlı  konfrans təşkil etmişlər. Konfransda şagirdlər Azərbaycan, rus və ingilis dillərində  məruzələrlə çıxış etmiş, Xocalı soyqırımının öz ağlasığmaz qəddarlığı, qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik nümunəsi olduğunu geniş şəkildə təzahür etdirən təqdimatlar nümayiş  etdirmişlər.

5 nömrəli tam orta məktəbdə şagirdlər arasında  “Qəhrəmanlıq səlnaməsi” adlı inşa, rəsm, divar qəzeti müsabiqələri də keçirilmişdir.

 

***

Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Bakı şəhəri Nəsimi rayonu 133 nömrəli tam orta məktəbin şagirdləri "Ana fəryadı" heykəlini ziyarət etmiş, abidənin qarşısına gül-çiçək qoyaraq Xocalı şəhidlərini yad etmişlər.



****

121 nömrəli məktəb də Xocalı soyqırımının ildönümünü yüksək səviyyədə qeyd etmişdir. Bununla əlaqədar olaraq 18-20 fevral tarixləri arasında  məktəbdə disputlar keçirilmişdir. “Müharibə uşaqların gözü ilə”, “Biz sülhə səs veririk” başlığı altında rəsm sərgisi nümayiş edilmişdir.  Ay ərzində ardıcıl olaraq I-IV, V-XI sinif şagirdlərinin Şəhidlər Xiyabanına ziyarəti təşkil edilmişdir. 25 fevral 2015-ci il tarixində Binə Mədəniyyət evinin nümayəndəsi və  məktəbin istedadlı şagirdləri ilə yüksək səviyyədə “Xocalı qan yaddaşımızdır” adı altında tədbir keçirilmişdir.Tədbirdə Binə Bələdiyyəsinin nümayəndələri, rayon təhsil işçiləri iştirak edirdi. Tədbirdə Xocalı faciəsinin ildönümü 1 dəqiqəlik sükutla yad olunmuş və bir daha xalqımızın başına gətirilən müsibətlər haqqında geniş məlumat verilmişdir. Tədbirdə şagirdlərin hazırladıqları şeirlər göstərir ki, gələcək nəsil vətənpərvər, əzmkar ruhda tərbiyələnir.

 

      ***

 

Nizami rayonu 312 nömrəli məktəbdə “Bir gün Xocalıya qayıdacağıq” başlığı altında tədbir keçirilmişdir.

Tədbirdə Xocalı soyqırımı haqqında şagirdlərə ətraflı məlumat verilmiş, Xocalı faciəsinin dünya dövlətləri tərəfindən bir soyqrım kimi qəbul olunmasının vacibliyini vurğulanmışdır. Daha sonra ermənilərin Xocalıda törətdiyi vəhşiliklərin görüntüləri yayımlanmışdır.

Məktəbin  şagirdləri “Vətən sağ olsun” deyib canların fəda edən oğul və qızlarımızın xatirəsinə yad etmiş, onlara şeirlər həsr etmişlər. Tədbirdə məktəb rəhbərliyi, müəllimlərlə yanaşı valideynlər də iştirak etmişdir.

 

****

   Nərimanov rayon 34 nömrəli tam orta məktəbi Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar olaraq tədbirlər planı hazırlamış və həmin tədbirlər planına əsasən məktəbin  V-X sinif şagirdləri divar qəzetləri buraxmış, stend və güşələr yaratmışdır. Eyni zamanda, şagirdlər arasında inşa və rəsm müsabiqələri keçirilmiş, bir qrup şagirdlərin “Xocalı abidəsi”nə ziyarəti təşkil olunmuş, tarix müəllimləri “Xocalı faciəsi” mövzusunda məruzələrlə çıxış etmişlər. 26 fevral məktəbdə I dərs saatları “Xocalı faciəsi” nə həsr edilmiş dərslər keçirilmişdir.

Xocalı faciəsinə həsr olunuş tədbirdə soyqırımı əks etdirən şeirlər söylənmiş, səhnəciklər nümayiş etdirilmiş, hərbi–vətənpərvərlik mövzusunda musiqilər səsləndirilmişdir. Tədbirdə inşa və rəsm müsabiqəsində qalib gəlmiş şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olunmuşdur.

***

 

   Bu gün Sabunçu rayonu 90 nömrəli məktəbdə millətimizin ağrı-acısına dönmüş Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəb kollektivi, valideynlər və şagirdlər iştirak etmişlər. Xocalı faciəsinə həsr olunan tədbirdə məktəbin şagirdləri soyqırıma dair şeirlər, bayatılar və ağılar söyləmişlər. Tədbirdə məktəbin şagirdləri tərəfindən hazırlanmış səhnəcik nümayiş olunmuşdur.

   Tədbir boyunca monitorda işıqlandırılan və  həmin qətliamı dönə-dönə xatırladan görüntülər zaldakı hər kəsə faciənin ağırlığını bir daha göstərmişdir.

   Tədbir məktəbin direktoru Qurbantac xanım və müavin Umud müəllimin Xocalı faciəsi ilə bağlı çıxışları ilə başa çatmışdır.

    Məktəbdə tədbirdən əlavə Xocalı soyqırımının 23 il dönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir.

 ****

26 fevral tarixində 145 nömrəli məktəbin akt zalında Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin açılışında təlim tərbiyə işləri üzrə direktor müavini-təşkilatçı Nəzərova Sevinc çıxış edərək şagirdlərə Xocalı gerçəklikləri barədə məlumat vermişdir.

Şagirdlər xalqımızın başına gələn müsibətlərdən, Qarabağda baş verən hadisələrdən və Xocalı şəhərinin faciəsindən ürək ağrısı ilə söhbət açmış, tədbir üçün hazırladıqları şeirləri, layihələri təqdim etmişlər. Həmçinin, tədbirdə Xocalı faciəsinə aid film nümayiş etdirilmişdir.

Tədbirdə iştirak edən ibtidai sinif şagirdləri də Xocalı faciəsindən, bu faciənin xarici mətbuatda işıqlandırılmasından danışmışlar. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı faciəsinə həsr olunmuş mahnılar səsləndirilmiş, şeirlər söylənilmiş, faciəyə həsr olunmuş səhnəciklər göstərilmişdir. Tədbirdə Xocalı soyqırımını əks etdirən video lentlər də nümayiş etdirilmişdir. 

 

***

 

26 fevral 2015-ci tarixdə Bakı şəhəri , 186 nömrəli tam orta məktəbin akt zalında əsrin ən dəhşətli faciəsi olan Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilmişdir.

 Anım mərasimində məktəb rəhbərliyi , bir qrup müəllimlər , valideynlər və şagirdlər iştirak etmişdir. Şagirdlərin bir-birindən yanğılı və vətənpərvərlik əzmli şeirlər söyləmələri, səhnəciklər nümayiş etdirmələri, faciəni bu dərəcədə dərin hiss etmələri tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Belə təqdbirlər keçirilən zaman bir daha şahid oluruq gələcəyimiz olan uşaqlar  mənfur qonşularımız tərəfindən başımıza gətirilən fəlakətləri unutmur və lazım gələrsə, hər an vətənimizin müdafiəsinə qalxmağa hazırdırlar.

 

***

     26 fevral tarixində R.Baxışov adına 218 saylı tam orta məktəbdə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir. Ədəbi-bədii gecədə məktəbin şagirdləri, müəllimləri və valideynləri iştirak etmişdir.

 Tədbir məktəbin tərbiyə işləri üzrə direktor müavini Kamran İsalının giriş sözü ilə başlamış, Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbir iştirakçılarına Xocalı soyqırımını əks etdirən video süjetlər və foto şəkillər nümayiş etdirilmişdir.

 Məktəbin bir qrup şagirdlərinin ifasında  həzin musiqinin müşaiyəti ilə şeirlər səsləndirilmiş, ədəbi – bədii kompozisiyalar nümayiş olunmuşdur.

Sonda məktəb rəhbərliyi tərəfindən məktəbdə Xocalı faciəsini 23-cü ildönümünə həsr olunmuş tədbirlər çərcivəsində fəallığı ilə seçilən şagirdlər diplomla  təltif olunmuşlar.

 

***

Bakı şəhəri 251 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 23-cü il dönümünə həsr olunmuş ` Sükutun son gecəsi ` adlı tədbir keçirilmişdir.

Məktəbin  foyesi şagirdlərin  çəkdiyi rəsm, qərənfil və şamlarla bəzədilmişdir.

Tədbir himnimizin səslənməsi ilə açıq elan edilmiş, Xocalıda vəhşicəsinə  qətlə yetirilmiş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Qarabağ müharibəsi veteranı, məktəbin  tarix müəllimi  Aydın Əliyev çıxış edərək Xocalı faciəsi barədə şagirdlərə məlumat vermişdir.

Tədbirdə Xocalı faciəsini əks etdirən slaydlar və videoçarxlar  nümayiş olunmuş, şagirdlər tərəfindən Xocalıya həsr olunmuş bayatılar, şeirlər , musiqi kompozisiyaları təqdim edilmişdir.

 Tədbirdə məktəbin direktoru Nurqələm Bayramovanın çıxış edərək Xocalı faciəsinin baş verdiyi tarixi şərait, onun fəsadları, erməni quldurlarının qəddarlığı, Sovet ordusunun ermənilərə yardımı və dünya birliyinin bu faciəyə biganəliyi haqqında geniş söz açmışdır.

 

***

 

 25 fevral tarixində Suraxanı rayonu  şəhid Aslan Muradov adına 84 nömrəli tam orta məktəbin şagirdləri “Xocalı soyqırımını unutma” adlı tədbir keçirmişlər.

Tədbirdə Xocalı şəhidləri anılmış, şagirdlər tərəfindən Xocalı soyqırımından bəhs edən  səhnəciklər nümayiş olunmuş, faciəyə həsr olunmuş şeirlər deyilmişdir.

Şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hislərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərdə, kompozisiyalarda ifadə etmişlər.

Tədbirdə şagirdlər vətənpərvərlik ruhunda mahnılar oxumuş. Milli Qəhrəmanlarımız da yad  edilmişdir.

 Xocalı şəhidlərinə həsr olunmuş tədbir  şagirdlərin ifasında “Unutma” şeiri ilə başa çatmışdır.

**

275 nömrəli məktəbdə “Xocalı qan yaddaşımız” adlı tədbir keçirilmişdir.

Tədbirdə məktəbin ingilis dili müəllimi Camalova Günay tərəfindən hazırlanmış məktəbin 5 və 6-cı sinif şagirdlərinin iştirakı ilə ingilis dilində “Xocalıdan dünyaya çağırış”  adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

275 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi K.Mahmudbəylinin 8-9 sinif şagirdləri ilə “Xocalı-qan yaddaşımız” adlı kompozisiya ilə çıxış etmişlər.

275 nomrəli məktəbin ibtidai sinif müəllimi Əmirova Briliyant və 1ci sinif şagirdlərinin birgə hazırladıqları “Xocalı fəryadı” adlı  sərgiyə baxış keçirilmiş, 1-ci sinif şagirdləri tərəfindən şeirlər, bayatılar söylənmişdir.

275 nömrəli məktəbin bir qrup şagirdi “Ana harayı” abidəsinə ziyarət etmişdir.